RU

Şuşada “Türk Transp­lant” qu­ru­mu­ təsis edilir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr “Türk Transp­lant” qu­ru­mu­ yaradır.

Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.

Onun sözlərinə görə, toplantıda səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlər, həmçinin "Türk Transplant" sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanacaq: "TDT-yə üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”.

T.Musayev bildirib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi TDT çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir: "Düşünürük ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar çoxdur".

Избранный
20
2
aznews.az

3Источники