RU

İsrailin İrana qarşı 22 illik planı üzə çıxdı

ABŞ-nin nüfuzlu \"New York Times” qəzeti müharibə başlamazdan əvvəl onlarla İsrail təyyarəsinin Aralıq dənizi üzərində uçduğunu və İranın nüvə obyektlərinə hücumu imitasiya etdiyini xatırladıb və bunun təkcə Tehrana hədə-qorxu gəlmək deyil, həm də hücum olduğunu iddia edib.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada deyib.
 
\"Əgər mən onların (İsrailin) yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim\", - deyə Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bəyan edib.
 
\"New York Times” qəzetinin yazdığına görə, İsrail nüvə obyektlərinə toxunmaq niyyətində deyil. Rəsmilər hesab edirlər ki, İsrailin İrana qarşı ilkin cavab tədbirləri çox güman ki, hərbi bazalara və bəlkə də bəzi kəşfiyyat mərkəzlərinə yönələcək. Lakin bu, o demək deyil ki, nüvə obyektləri tamamilə ssenaridən kənarda qalıb.

İsrail və Vaşinqtonun İranda 22 ildir diqqət mərkəzində səhrada təxminən üç qat dərinlikdə basdırılmış Natanz nüvə zənginləşdirmə obyekti olub. Tanınmış media orqanının məlumatına görə, İsrail uzun illərdir ki, buranı dağıtmaq və ya sıradan çıxarmaq planları hazırlayır.

Paytaxt Tehrandan 250 kilometr cənubda yerləşən Natanz İranın uranın zənginləşdirilməsi üzrə ən böyük obyektidir. Natanz kifayət qədər asan hədəf olsa da, onu vurmaq müharibə aktı olardı. Buna görə də ABŞ son 15 ildə proqramı çökdürmək üçün bomba əvəzinə diplomatiya, təxribat və sanksiyalardan istifadə edib. İsraillilər nüvə obyektlərinin ətrafındakı hava hücumundan müdafiə sistemini zərərsizləşdirə biləcəklərinə inanırlar, lakin NYT-nin məlumatına görə, Təl-Əvivin ABŞ-nin döyüş sursatı və dəstəyi olmadan bunu etməsi mümkün görünmür.

İranın İsfahan şəhərində yerləşən Natanz bölgəsində yeraltı Natanz Nüvə Obyektinin tikintisinə 2000-ci ildə başlanılıb.
 
Natanz İranın ən böyük uranın zənginləşdirilməsi obyekti kimi tanınır. İranın paytaxtı Tehrandan təxminən 320 kilometr cənubda yerləşən obyekt düşmənin hava hücumlarından qorunmaq üçün yerin altında tikilib. Obyekt ABŞ və İsrail tərəfindən üç dəfə təxribat edilib, onlardan biri də \"Stuxnet” olub. 

2015-ci ildə imzalanan müqaviləyə əsasən, İran elektrik stansiyalarında istifadəyə yararlı, lakin silah istehsalı üçün yararsız olan bu obyektdə yalnız aşağı zənginləşdirilmiş uran istehsal edəcəKk. Tərkibində cəmi 3-4 faiz U-235 olan az zənginləşdirilmiş uran atom elektrik stansiyalarında yanacaq kimi istifadə edilə bilər. Nüvə silahları üçün tələb olunan uran 90 faiz zənginləşdirilməlidir. Bu razılaşma ilə İran həmçinin 2026-cı ilə qədər Natanzda maksimum 5060 köhnə və aşağı effektiv sentrifuqanı saxlamağa, 2031-ci ilə qədər isə Fordodakı digər yeraltı obyektdə zənginləşdirmə fəaliyyətləri ilə məşğul olmamağa razılaşıb. Lakin ABŞ 2018-ci ildə sazişdən çıxdığını açıqlayıb.
 
Mikayıl
Избранный
16
25
azxeber.com

10Источники