RU

Murad Musayev yenidən “Qəbələ”də

“Qəbələ”nin sabiq mərkəz müdafiəçisi Murad Musayev bundan sonra yenidən əyalət klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Murad Musayevlə yeni müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, əvvəllər də “Qəbələ”də çıxış etmiş Murad Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib. Müdafiəçi köhnə-yeni klubunun heyətində meydana çıxdığı 138 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi də olub.

Избранный
19
arena.az

1Источники