RU

Bağlanmış əmək müqavilələrinin sayı artır

Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı güzəştlərin tətbiq edilməyə başlanıldığı 2019-cu ilin əvvəli ilə müqayisədə 450.972 vahid artıb və 2024-cü il oktyabr ayının 1-nə 1.852.887 təşkil edib.

Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 430.502 vahid artaraq 970.424-ə çatıb.

Избранный
14
3
vergiler.az

4Источники