RU

TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib (FOTO)

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrinsəhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyənaziri Teymur Musayev öz həmkarları Türkiyənin səhiyyə naziri KemalMemişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini DavronSultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov,Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev və Şimali KiprTürk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygarlaikitərəfli görüşlər keçirib.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, konstruktiv və qarşılıqlıanlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmisahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti vəpotensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri vəmütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirəolunub.

İkitərəfli görüşlərdə Teymur Musayev Təşkilat çərçivəsində vahidtibb elmi məkanın yaradılması və vahid rəqəmsal səhiyyəstandartlarının hazırlanmasının vacibliyini qeyd edib.Transplantologiyanın müasir tibbin ən sürətlə inkişaf edənsahələrindən biri olduğunu vurğulayan nazir, birgə sistemininyaradılmasına dair imzalanan sənədin önəmini diqqətə çatdırıb.

Öz növbəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyənazirləri bugünkü iclasın səhiyyə sahəsində əməkdaşlığıngücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd ediblər.Görüşlər zamanı yoluxucu xəstəliklərin qarşısının alınması,əczaçılıq sənayesinin inkişafı və dərman vasitələrinintəhlükəsizliyinin təmin edilməsi sahəsində birgə proqram vətəşəbbüslərin əhəmiyyəti vurğulanıb. Həmçinin, səhiyyə və müalicəturizminin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığıngücləndirilməsinə də maraq ifadə olunub.

İclas çərçivəsində imzalanan sənədlərin və qəbul edilənqərarların mahiyyətini vurğulayan Təşkilatın üzv və müşahidəçiölkələrin səhiyyə nazirləri Azərbaycanın Türktransplant sistemininyaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.

TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
Избранный
15
4
az.trend.az

5Источники