RU

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, DövlətTurizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan Halal Biznesvə Turizm Forumu (AZHAB Forum) keçirilir. Tədbir “Caspian EventOrganisers” MMC, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı(OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət vəİnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi,Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçünStandartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindəndəstəklənir.

Dünyanın müxtəlif regionlarından olmaqla, forumda 20-yə yaxınölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin vəbeynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirakedir.

Tədbirin məqsədi investisiya və ticarət sahəsində yeniəməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübəmübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlbedilməsini təşviq etməkdir.

Forum müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə öz işinəbaşlayıb.

Tədbirin açılışında Azərbaycan Respublikasının kənd təsərrüfatınaziri Məcnun Məmmədov, İslam Əməkdaşlıq Təşkilatının Baş katibininiqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, AzərbaycanQida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, SESRIC-inBaş direktoru Zehra Zümrüt Selçuk, Azərbaycan Respublikasınıniqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qafqaz Müsəlmanlarıİdarəsi sədrin birinci müavini Hacı Salman Musayev, İslamƏməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayxan,Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının prezidenti Məmməd Musayev, SMIIC-in Baş katibiİhsan Övüt və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışediblər. Çıxışçılar halal məhsul və xidmətlərinsertifikatlaşdırılması, bu sahədə standartlar, idxal-ixracməsələləri, beynəlxalq bazarlarda rəqabət, müvafiq sahədəinnovasiya və texnologiyaların rolu, investisiya imkanları vətrendlər, əməkdaşlıq perspektivləri barədə fikirlərinibölüşüblər.

Konfrans və sərgi olmaqla iki hissədən ibarət olan forumun sərgihissəsində isə Azərbaycan və xarici ölkələrdən olan 30-a yaxınşirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgidə nümayişolunan məhsullar əsasən qida, tekstil, xidmət, İKT və təhsilsektorlarını əhatə edir.

Həmçinin forum çərçivəsində erməni işğalı zamanı Qarabağınmaddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbiisərvətlərinə dəyən zərər haqqında məlumatların geniş ictimaiyyətəçatdırılması məqsədilə Qarabağ Dirçəliş Fondunun “Qarabağdaurbisid” fotosərgisi də nümayiş olunur.

Forum panel müzakirələrlə davam edir.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
22
15
az.trend.az

10Источники