RU

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının təhlükəsizlik və məhdudiyyətlərlə bağlı bəyanatlarına qoşulmayıb

Yerevan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iki yekun bəyanata qoşulmayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistan “Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlara qoşulmayıb”, - deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, görüş bir gün əvvəl, oktyabrın 7-də Moskvada baş tutub . Tərəflər beynəlxalq münasibətlərlə bağlı bir sıra sənədlər imzalayıb, birgə işlərinin nəticələrini müzakirə ediblər.

Mövsüm

Избранный
3
32
aznews.az

10Источники