RU

Dünyada qadağan olunur, Azərbaycanda açıq satışdadır - AQTA aydınlıq gətirdi

"Bəzi saytlarda "Dünyada qadağan olunur, Azərbaycanda satışı davam edir" başlığı ilə məlumat paylaşılır. Əslində məsələyə Agentlik aydınlıq gətirib və bu barədə açıqlama vermişik. Söhbət dünyadan getmir, Belarusa idxal olunan məhsul partiyasında uyğunsuzluq aşkarlanıb və Belarusda qadağa qoyulub. Azərbaycana idxal olunan məhsul partiyasının isə laborator analiz nəticələrində hər hansı uyğunsuzluq aşkarlanmayıb".

Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov feysbuk hesabında bildirib.

O, bildirib ki, Rusiya Federasiyasında istehsal olunan və Belarus Respublikasına idxal edilən "Слобода" əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarus Respublikasının dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi ilə bağlı yayılmış məlumatlar əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılıb:

"Belə ki, ölkə ərazisində fəaliyyət göstərən müxtəlif ticarət şəbəkələrində satışı həyata keçirilən "Слобода" əmtəə nişanlı müxtəlif növ bitki yağı partiyalarından Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aparılan sınaq nəticələrinə əsasən, ölkəmizə idxal olunan həmin bitki yağı məhsulu partiyalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb. Bildirilir ki, sözügedən qida məhsulu ilə bağlı heç bir narahatlığa əsas yoxdur".

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin gömrük ərazisinə idxal olunan bütün növ qida məhsullarına risk əsaslı yanaşma tətbiq etməklə müvafiq nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müvafiq laborator müayinələrə cəlb edilir. Yalnız sınaq nəticəsi uyğun çıxan qida məhsullarının satışına icazə verilir.

Избранный
6
5
olke.az

7Источники