RU

“KoBold Metals” 491 milyon dollarlıq investisiya aldı

“Kobold Metals” tərəfindən Amerika Birləşmiş Ştatlarının Qiymətli Kağızlar və Birja Komissiyası üçün hazırladığı hesabata görə şirkət 491 milyon dollarlıq yeni investisiya aldı.

Şirkət 2018-ci ildə ABŞ-da Jeff Jurinak, Josh Goldman və Kurt Zenz House tərəfindən qurulub.

Süni intellektdən istifadə edərək litium və mis axtaran mədən təşəbbüsü “KoBold Metals” böyük investisiyalar almağa davam edir.

Sənəddəki məlumata görə, şirkət indiyədək 491 milyon dollar topladığı investisiya turunu 527 milyon dollarlıq investisiya ilə tamamlamağı hədəfləyir. 491 milyon dollarlıq investisiya turunda kimin iştirak etdiyi barədə hazırda məlumat yoxdur. Mövzu ilə bağlı “KoBold Metals” tərəfindən heç bir açıqlama verilməyib.

Xatırladaq ki, “Kobold Metals” sonuncu dəfə ötən ilin iyununda T. Rou Prays başda olmaqla 195 milyon dollarlıq sərmayə alıb. Bu investisiya ilə şirkətin dəyəri 1 milyard dollara çatdı. 527 milyon dollarlıq investisiyanın tamamlanmasıyla şirkət qiymətləndirməsinin 2 milyard dollar olması gözlənilir.

Onu da əlavə edək ki, 491 milyon dollarlıq yeni investisiya ilə şirkətin bu günə qədər aldığı ümumi investisiya 900 milyon dollara çatıb. İnvestorları arasında çox mühüm şəxslər və şirkətlər var. Şirkətin hazırkı investorları Bill Qeyts, Cek Ma, Ceff Bezos, Andreessen Horovitz və T. Rou Praysdir.

Maya Hüseynova

Избранный
16
valyuta.az

1Источники