RU

Putin Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması qərarını TƏSDİQLƏDİ

"Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bir daha təsdiqləyib.

"Biz hər il MDB-nin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq, gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək", - deyə Putin qeyd edib.

Bizim.Media

Избранный
6
45
bizim.media

10Источники