RU

Kiberdələduzların yeni oyunu - Linkə daxil olub olub kodu təsdiqləmək tələb olunur VİDEO

"Hesabınız növbəti 24 saat ərzində deaktiv ediləcək, əgər silinməsini istəmirsinizsə linkə daxil olaraq hesabınızı nəzərdən keçirin"

Xezerxeber.az xəbər verir ki, kiberdələduzlar tərəfindən onlayn satış platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir. Satış platformalarında elan yerləşdirən vətəndaşlara müxtəlif xarici nömrələrdən mesajlar göndərilərək  votsap hesablarının  dondurulacağı ilə bağlı  xəbərdarlıq bildirişləri daxil olur.  Əslində isə həmin linklər saxta saytlara yönəldilir və vətəndaşların daxil etdiyi şəxsi məlumatlar cinayətkarların əlinə keçir. Vətəndaşlar da təsdiqləyirlər ki, son vaxtlar sosial şəbəkələr vasitəsilə tez-tez xarici nömrələrə məxsus mesajlar və zənglər daxil olur.

İnformasiya texnologiyaları üzrə mütəxəssislər isə bildirirlər ki,  xəbərdarlıq məzmununu  əhatə edən və ya təcili şəkildə  hər hansısa mövzu ilə bağlı hərəkətə keçməyi  istəyən mesajlar fishing yəni fırıldaqçılıq üsulu ola bilər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis onu da bildirdi ki, vətəndaş ona  göndərilən linkə keçid etdikdə, artıq kiberdələduzların aldatma prosesi başlayır. Vətəndaşlar kiberdələduzların qurbanı olmamaq üçün heçbir halda təhlükəsizlik standartlarının tələblərinə uyğun olmayan linklərə daxil olmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
33
1
xezerxeber.az

2Источники