RU

Əməkdar məşqçi qəfil vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar məşqçisi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov vəfat edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, o, 60 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Q.Məhərrəmov 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. Onun boks idmanının inkişafında xidmətləri olub.

Ali təhsilini Azərbaycan Dövlət İdman Akademiyasında alıb. Dəfələrlə ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda birincilik əldə edib. Tələbələri boks üzrə dünya və Avropa çempionu olublar.

Q.Məhərrəmov, həmçinin, uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.

"Cebheinfo.az"

Избранный
16
35
cebheinfo.az

10Источники