RU

Rusiyada və Türkiyədə “Discord” qadağan edilib

Bakı. Trend:

“Discord” platforması Rusiyada və Türkiyədə qadağan edilib.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvikommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmət(“Roskomnadzor”) qanunvericiliyin tələblərini pozduğu üçün“Discord” platformasını Rusiyada qadağan edib.

"“Discord” platformasına giriş, Rusiyanın qanunvericiliyinintələblərini pozduğu üçün məhdudlaşdırılıb. Bu tələblərin yerinəyetirilməsi, platformanın terrorçu və ekstremist məqsədlər üçün,vətəndaşların bu cür fəaliyyətlərə cəlb edilməsi, narkotiklərinsatışı və qanunsuz məlumatların yayılması məqsədilə istifadəedilməsinin qarşısını almaq üçün zəruridir", - Roskomnadzor.

Həmçinin, Türkiyənin ədalət naziri Yılmaz Tunç, "Discord" adlısosial media platformasına Türkiyədən girişə məhdudiyyətqoyulduğunu açıqlayıb.

Nazir Yılmaz Tunç sosial şəbəkədə etdiyi açıqlamada aşağıdakıifadələrə yer verib:

"Ankara Respublika Prokurorluğunun tələbi ilə Ankara 1-ci SulhCəza Məhkəməsi, “Discord” adlı sosial media platformasına 5651Saylı “İnternet ortamında həyata keçirilən yayımların tənzimlənməsivə bu yayımlar vasitəsilə törədilən cinayətlərlə mübarizə barədəqanunun” 8/1 maddəsində yer alan “uşaqlara qarşı cinsi zorakılıq vəədəbsizlik” cinayətlərinin baş verdiyinə dair kifayət qədər şübhəolduğu üçün bütün yayımlarının məzmunundan çıxarılaraq, göstərilənURL ünvanlarına Türkiyədən girişin qadağan edilməsi qərarınıverib."

Избранный
21
az.trend.az

1Источники