RU

Baydendən sonra Blinken də Ramşteyn iclasına səfərini ləğv etdi

ABŞ dövlət katibi Antoni Blinken Floridada gözlənilən Milton qasırğası səbəbindən Ukrayna Müdafiə Əlaqə Qrupunun (Ramşteyn formatı) iclasının keçirilməli olduğu Almaniyaya səfərini təxirə salıb.

Qaynarinfo xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

Blinken hazırda Laosda səfərdədir, oradan Almaniyaya uçmalı idi, lakin indi Vaşinqtona qayıdır.

Almaniyaya səfəri zamanı Blinken ABŞ prezidenti Co Baydeni müşayiət etməli idi, lakin o, güclü qasırğa gözləntilərinə görə səfəri ləğv edib.

"Bu, prezidentin təşkil etdiyi səfər idi. Dövlət katibi prezidenti müşayiət edəcəkdi, indi isə evə qayıdır", - Miller deyib.

ABŞ-ın ümumiyyətlə Ramşteyndə təmsil olunub-olunmayacağı ilə bağlı suala Dövlət Departamentinin nümayəndəsi cavab verib ki, bu suala Ağ Ev cavab verə bilər.

Almaniyada Baydenin oktyabrın 12-də ilk dəfə liderlər səviyyəsində şəxsən görüşəcək Ukrayna Müdafiə Əlaqə Qrupuna (Ramşteyn formatı) sədrlik edəcəyi gözlənilirdi.

Orada prezident Vladimir Zelenski müttəfiq dövlətlərə "qələbə planı”nı təqdim etməyi planlaşdırır.

Bundan əvvəl KİV-lər müttəfiqlərin Ramşteyn formatında keçirilən görüşündə Ukraynanı dəstəkləmək, xüsusən də Şimali Atlantika inteqrasiyası ilə bağlı yeni addımların atılmasının gözlənildiyini yazıblar.
Qeyd edək ki, bir gün əvvəl Baydenin Almaniyaya səfərinin ABŞ-ın cənub sahillərini əhatə edəcəyi gözlənilən güclü Milton qasırğasının gözləntisinə görə ləğv etdiyi məlum olub.

Alpər
Избранный
5
5
qaynarinfo.az

6Источники