RU

Mesut Özil "Qarabağ"a gəlir: Klub AÇIQLADI

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış futbolçulardan biri "Qarabağ"ın qonağı olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət Mesut Özildən gedir. Məlumatı klubun mətbuat xidməti yayıb.

Oktyabrın 11-də "Azersun Arena"da klubun açıq məşqi olacaq. Saat 16:30-da start götürəcək hazırlıqdan sonra Mesut Özil "Qarabağ"ın oyunçuları ilə üz-üzə gələcək.

Şou xarakterli tədbirə giriş sərbəstdir.

Избранный
15
6
operativmm.az

10Источники