RU

“Dedi ki, kim zəng eləsə, de ki, qardaşımın bıçaqlanması şayiədir” - YENİLƏNİB - FOTO

Müğənni Ülviyyə Namazova qardaşı Vüqar Namazovun bıçaqlanması ilə bağlı açıqlama vermək istəmir.
Milli.Az bildirir ki,  OLAY ifaçının soyadını demək istəmədiyi Elmar adlı köməkçisi ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin rəsmi açıqlaması olduğunu qeyd etməyimizə baxmayaraq, sözügedən şəxs ifaçının bu hadisəni şayiə olaraq təqdim etdiyini deyib:
"Məlumatım yoxdur. Bayaqdan 10 nəfər zəng edib. Ülviyyə xanımdan soruşmuşam, deyib ki, şayiədir. Söylədi ki, sənə də zəng olunsa, rahat şəkildə de ki, şayiədir. Mən işçiyəm, özündən soruşdum, belə söylədi. Açığı mənim maraqlanacağım mövzu deyil".
Qeyd edək ki, Vüqar Namazov bıçaqlanması ilə bağlı polis orqanında təhqiqat araşdırması başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı OLAY-a bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırma davam etdirilir.
------
11:05
Əldə olunan məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb. 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini aşağı salmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.
Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.
-------
10:51
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.
Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.
Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.
V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.



Избранный
66
23
yenilik.az

10Источники