RU

Ueyn Runi İngiltərənin ən yaxşı futbolçusunu açıqladı

“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi hazırda ən yaxşı ingilis futbolçunun kim olduğunu açıqlayıb.

90deqiqe.Az “Talksport”a istinadən xəbərə verir ki, Runi Fil Fodeni seçib:

“Fil Foden mənim üçün ən yaxşısıdır. Hələ bu mövsüm öz oyununu tam göstərə bilməyib, amma formasını bərpa etdikdən sonra İngiltərənin ən güclüsüdür. Çud Bellingem və Koul Palmer də qeyd olunmalıdır, amma mənim seçimim Fodenin xeyrinədir.”

24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyunda iştirak edib.

 

 

Избранный
12
90deqiqe.az

1Источники