RU

Bayden "Ramştayn" Təmas Qrupunun görüşünə qatılmayacaq

 
"Budəfəki görüşdə müttəfiqlər Ukraynanın NATO-ya daxil olmasını yaxınlaşdıra bilər..."
 
"Ramştayn" Təmas Qrupunun oktyabrın 12-nə təyin edilən görüşü başqa vaxta keçirilə bilər
 
ABŞ prezidenti Co Bayden Ukraynanın müdafiə məsələləri üzrə "Ramştayn" Təmas Qrupunun oktyabrın 12-də ilk dəfə liderlər səviyyəsində keçiriləcək görüşündə iştirak etməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib. Məlumatı "ura.news" saytı yayıb.
 
Mətbuat katibi Karin Jan-Pyerin məlumatına görə, belə qərar yaxın zamanlarda Amerikanın Florida ştatına yaxınlaşan və böyük zərər verəcəyi proqnozlaşdırılan "Milton" qasırğası səbəbindən qəbul edilib.
 
"Milton" qasırğasının trayektoriyası və gücü nəzərə alınmaqla prezident Bayden buna hazırlığı müşahidə etmək və hazırda ölkənin cənub-şərqində "Helen" qasırğasının nəticələrinə qarşı görülən tədbirlərə əlavə olaraq "Milton"qasırğasına hazırlığı müşahidə etmək və ona qarşı cavab tədbirlərini nəzarətdə saxlamaü üçün özünün Almaniya və Anqolaya qarşıdakı səfərlərini təxirə salır", - məlumatda deyilir.
 
Bu arada isə bəlli olub ki, Baydenin ardınca ABŞ Dövlət katibi Entoni Blinken də "Ramştayn"a səfərini təxirə salıb. 
 
Блинкен отменил поездку на "Рамштайн" вслед за Байденом
 
Amaniya kansleri Olaf Şolts Baydenin öz səfərini təxirə salmasını şərh edib. Onun sözlərinə görə, səfərin başqa vaxta keçiriləcəyini gözləyir. 
 
"Bu, çox vacib görüş olacaqdı, biz buna hərtərəfli hazırlıq görürdük. Səfər başqa vaxta keçiriləcək. Amma mən tam açıq şəkildə deməliyəm ki,  əgər belə şiddətli qasırğalar mənim ölkəmdə də baş versəydi, mən də eyni qərarı verərdim", - Şolts bəyan edib.
 
"Ramştayn" formatında yeni görüş - son xəbərlər
 
Ukraynanın müdafiəsi üzrə "Ramştayn" Təmas Qrupunun yaxın günlərdə keçiriləcək iclasında müttəfiqlər Ukraynanın NATO-ya daxil olmasını yaxınlaşdıra bilər. Bu barədə "The Washington Post" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, "Ramştayn" iclası ABŞ-da prezident seçkilərindən bir neçə həftə öncə keçiriləcək, bu da Ukrayna prezidenti Vladimir Zelenskini Uktaynaya dəstəyin davam edəcəyinə vədlər axtarmağa sövq edir. 
 
Lakin Ağ Ev rəhbəri Co Bayden Ukraynaya dəstək üçün qətiyyətli addımlar atmağa hazır deyil, məlumatda deyilir.
 
Bu arada Pentaqonun mətbuat katibi Sabriba Sinqx bəyan edib ki, ABŞ "Ramştayn" formatındakı görüşün başqa vaxta keçirilməsini nəzərdən keçirir.
Избранный
12
5
moderator.az

6Источники