RU

Klopp özünə yeni iş yeri tapdı

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp özünə yeni iş tapıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssis “Red Bull” brendinin futbol üzrə əməliyyatlarına rəhbərlik edəcək.

O, 2025-ci ilin ilk iş günündə vəzifəsinin icrasına başlayacaq.

Mütəxəssis “Red Bull” sistemindəki bütün komandalara, xüsusən Almaniyanın “Leypsiq”, Avstriyanın “Zalsburq” və Amerikanın “Nyu-York” komandalarına məsləhət verəcək.

Qeyd olunur ki, tərəflər arasında müqavilənin vaxtından əvvəl ləğv edilməsi variantı var. Bu, Kloppun Almaniya millisinin baş məşqçisi olmaq imkanı qazanacağı təqdirdə baş tutacaq.

Klopp 2015-2024-cü illərdə “Liverpul”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İngiltərə çempionu olub, ölkə kubokunu və Superkubokunu, iki dəfə Liqa Kubokunu, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunu qalibi olub.

Məlik,

KONKRET.az

Избранный
21
konkret.az

1Источники