RU

Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulmayacaq – İqtisadiyyat naziri Levan Davitaşvili

Editor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Levan Davitaşvili jurnalistlərlə söhbətində bildirib.

“Biz bütün qərarları gürcü xalqının maraqları əsasında qəbul edirik. Biz tərəfdaşlarımıza başa salmalıyıq və tərəfdaşlarımız

Gürcüstan hökuməti Avropa Parlamentinin çağırışına zidd olaraq Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcək.

Editor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Levan Davitaşvili jurnalistlərlə söhbətində bildirib. “Biz bütün qərarları gürcü xalqının maraqları əsasında qəbul edirik. Biz tərəfdaşlarımıza başa salmalıyıq və tərəfdaşlarımız başa düşməlidirlər ki, bizim bütün qərarlarımız ölkənin rifahına xidmət edir və bu, bütövlükdə Avropanın rifahının bir hissəsidir”, – Levan Davitaşvili deyib.

Xatırladaq ki, bir gün əvvəl Avropa Parlamentinin üzvləri xarici agentlər haqqında qanunu və ailə dəyərlərinin qorunması haqqında qanunu tənqid edən qətnamə layihəsi hazırlayıb, həmçinin Gürcüstan hakimiyyətini anti-Rusiya kampaniyasının bir hissəsi olmağa və Mixail Saakaşvilini həbsdən azad etməyə çağırırlar.

//Samir Qurbanov, Editor.az

Избранный
19
editor.az

1Источники