RU

Mesut Özil “Qarabağ”ın qonağı olacaq

Futbol üzrə Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi, Mesut Özil yaxın günlərdə Azərbaycana səfərə gələcək.

Arena.az xəbər verir ki, dünya çempionu oktyabrın 11-də “Qarabağ”ın qonağı olacaq.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.

Xatırladaq ki, Mesut Özil 2023-cü ilin mart ayında futbolçu karyerasını başa vurub. 35 yaşlı veteran futbolçu karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbaxça” və “Başakşəhər” kimi klublarda çıxış edib.

Əslən türk olmasına baxmayaraq, Mesut Almaniyada dünyaya göz açdığı və bu ölkənin vətəndaşlığın daşıdığı üçün, Almaniya yığmasında oynamağa qərar verib. O, bu ölkənin millisində 92 oyuna çıxıb, 23 qol vurub. Özil 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Избранный
26
arena.az

1Источники