RU

Emin Sabitoğluna həsr olunmuş konsert olacaq

"Gəncədən Bakıya" layihəsində Emin Sabitoğluna həsr olunmuş konsert proqramı keçiriləcək.

Kulis.az xəbər verir ki, 25 oktyabr saat 19.00-daŞəhriyar adına Mədəniyyət Mərkəzində "Gəncədən Bakıya" layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə sevilən bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı baş tutacaq.

Konsertdə filarmoniyanın solistləri "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" və bəstəkarın digər sevilən mahnılarını ifa edəcəklər.

Qeyd edək ki, "Bakıdan Gəncəyə", "Gəncədən Bakıya" layihəsi çərçivəsindəAzərbaycan bəstəkarlarının klassik əsərləri, estrada mahnıları təbliğ olunur.

Избранный
12
11
kulis.az

10Источники