Voleybol üzrə qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarının püşkü atılıb. "Rekord.az" xəbər verir ki, 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi bu gün baş tutub.
Həm qadınların, həm də kişilərin Yüksək Liqasında altı komanda mübarizə aparacaq. İştirakçlıar dörd dövrədə və pley-off mərhələsində yarışacaqlar. Püşkatmadan sonra ilk turun qarşılaşmaları bəlli olub.
Yüksək Liqa, 2024-2025-ci illər mövsümü
Qadınlar
I tur
"Gəncə" - "Abşeron"
“Milli Aviasiya Akademiyası” - “Azərreyl"
"Murov Az Terminal" - UNEC
Kişilər
I tur
"Murov Az Terminal" - MOİK
"Neftçi" - "Azərreyl"
"Gənclər" - "Xilasedici"