RU

Dünyanın ən çox qazanan liderləri kimlərdir? - SİYAHI

Dünya liderləri arasında ən çox qazananların adları məlum olub.

 

Sfera.az “Forbes”ə istinadən xəbər verir ki, siyahıya Sinqapurun Baş naziri Lourens Vonq başçılıq edir. Onun illik qazancının 1,69 milyon dollar olduğu bildirilir.

 

Siyahının ikinci pilləsində isə 570 min dollarlıq gəlirlə İsveçrə Prezidenti Viola Amherd yer alıb. Üçüncü yerdə illik 412,5 min dollar qazanan Avstraliyanın Baş naziri Entoni Albaniz qərarlaşıb.

 

ABŞ Prezidenti Co Bayden isə illik 400 min dollara çatan gəlirlə dördüncü pillədədir.

 

İlk beşliyi illik gəliri 317 min dollar təşkil edən Avstriya kansleri Karl Nehammer tamamlayıb. Almaniya Kansleri Olaf Şoltsun isə illik gəlirinin 293 727 dollar olduğu bildirilib.

 

Ülkər Abdurahmanlı

 

 

Избранный
6
1
sfera.az

2Источники