RU

UNEC ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyə Rəqabət Qurumuarasında əməkdaşlıq memorandumunun imzalanmasımərasimi keçirilib.

Tədbirdə Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küleninbaşçılıq etdiyi nümayəndə heyəti, UNEC-in rektoru professor ƏdalətMuradov və universitetin müvafiq strukturlarının rəhbərləri iştirakediblər.

Rektor professor Ədalət Muradov UNEC-ə göstərdiyi diqqətə görəRəqabət Qurumunun rəhbərinə təşəkkürünü bildirərək, əməkdaşlığınəhəmiyyətindən söz açıb:

Keyfiyyətli təhsil qlobal əmək bazarınafokuslanmalıdırlar. Bu baxımdan Türkiyə Rəqabət Qurumu iləimzalanacaq memorandum xüsusi əhəmiyyət kəsb edir. Tələbələrinrəqabət sahəsində biliklərinin artırılmasında, eləcə də gəncmüəllimlərin təcrübələrinin genişləndirilməsində bu əməkdaşlıqmühüm rol oynayacaq.

Universitet olaraq, Türkiyə Rəqabət Qurumunun ehtiyacduyduğu sahələrdə təhsil verməyi də nəzərdə tutmuşuq. Əminəm ki,əməkdaşlığımız, birgə araşdırmalarımız Azərbaycanda rəqabətsahəsinə töhfələr qazandıracaq”.

Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle qurumun təhsilə hərzaman önəm və dəstək verdiyini diqqətə çatdırıb: “RəqabətQurumu olaraq, Türkiyədə bir çox universitetlərlə əməkdaşlıqedirik. Azərbaycanla, xüsusilə də UNEC-lə bu istiqamətdəəməkdaşlığın qurulmasından, təhsilə verəcəyimiz dəstəkdən çoxməmnunuq. Düşünürəm ki, əməkdaşlığımız iki qardaş ölkəniniqtisadiyyatına önəmli töhfələr verəcək. Biz tələbə və müəllimləriAnkarada qəbul etməyə, rəqabət sahəsi üzrə təcrübəmizi, apardığımızaraşdırmalarımızı onlarla bölüşməyə tam hazırıq”, deyəqurum rəhbəri bildirib.

Çıxışlardan sonra rektor Ədalət Muradov və Rəqabət Qurumununrəhbəri Birol Küle əməkdaşlıq memorandumunu imzalayıblar.Memorandumda qurumun mütəxəssislərinin UNEC-də tədrisə cəlbedilməsi, tələbə və müəllimlərin Ankarada Rəqabət Təşkilatındaakademik bilik və təcrübə mübadiləsində iştirakı, kitabxanalarınqarşılıqlı istifadəsi, dissertasiya işlərinə akademik dəstəyingöstərilməsi, qrant proqramları çərçivəsində birgə layihələrinhazırlanması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdətutulub.

Səfər çərçivəsində Rəqabət Qurumunun rəhbəri Birol Küle TürkDünyası İqtisad Fakültəsinin tələbələri ilə də görüşüb. Görüşdətələbələrə qurumun fəaliyyətindən, azad və sağlam rəqabətin təminolunması istiqamətində görülən işlərdən, Türkiyəyə iqtisadiyyatınaqazandırdığı töhfələrdən söz açıb, eləcə də tələbələrimaraqlandıran sualları cavablandırıb.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Избранный
9
6
az.trend.az

10Источники