RU

"Bu bütün dünya, eləcə də İran ətrafı regionlar üçün olduqca ciddi təhlükə xarakteri daşıyır" - Elçin Xalidbəyli

“Ermənistanda seysmik stansiya İranda 4,6 bal gücündə seysmik hadisə aşkarlayıb. Tədqiqatçılar qeyd edirlər ki, onun seysmik sıxılma dalğası yoxdur, bu da hadisənin zəlzələdən çox, partlayışla uyğun olduğunu təsdiqləyir. Seysmik aktivliyin mərkəzi İranın Kəvir səhrasında olub və nüvə sınağına bənzədiyi bildirilir. Heç bir afterşok qeydə alınmayıb ki, bu da təbii seysmik fəaliyyətdən daha çox partlayışa işarə edən başqa bir ipucudur”.

“İranın nüvə silahı əldə edib-etmədiyi ilə bağlı dəqiq məlumatlar mövcud deyil. Hətta Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) belə bu barədə dəqiq qərarlar, yeni mülahizələr irəli sürməkdə çətinlik çəkir. Rəsmi Tehran da bu barədə beynəlxalq məkana hansısa etiraflar və yaxud da təkziblər irəli sürməkdə həvəsli görünmür. Bu məsələ qeyri-müəyyəndir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi bildirib ki, ABŞ-da, NATO-da, eləcə də Avropa Birliyinə daxil olan bir çox dövlətlər də iddia edirlər ki, İran nüvə silahının yaradılmasına yaxınlaşıb.

“Hətta yaxın illərdə, aylarda nüvə silahının yaradılması prosesini yekunlaşdıra bilər. Halbuki səhnə arxasında İran və Qərb arasında İranın nüvə proqramı ilə bağlı müəyyən danışıqların getdiyi barədə də məlumatlar mövcuddur. Tərəflər bu məsələ ilə bağlı anlaşma nöqtələri axtarırlar. Hələlik hər iki tərəf öz maraqlarını müdafiə etməkdə davam edir. Anlaşma mövcud deyil. Bununla belə, İranın nə vaxtsa nüvə dövlətinə çevrilmə ehtimalı tamamilə istisna olmayan bir məsələdir. Bu da bütün dünya üçün, eləcə də İran ətrafı regionlar üçün olduqca ciddi təhlükə xarakteri daşıyır. Xüsusilə də əgər İran nüvə silahına nail olarsa, özünün ətrafında olan regionlarda geopolitik tarazlığı öz xeyrinə dəyişmək imkanı qazana bilər. Güc balansı İranın tərəfinə keçə bilər. Bu baxımdan da hazırda Qərb siyasi dairələri əsasən İrana nüvə silahına nail olmaq imkanı vermək istəmirlər. Bunun qarşısını almaq istiqamətində cəhdlər göstərirlər. Amma hələlik bu cəhdlərin uğurlu nəticələr verdiyini düşünmək bir qədər çətindir”.

Избранный
19
aznews.az

1Источники