RU

Aİ-nin Rusiyaya qarşı yeni sanksiya rejimi bir il qüvvədə olacaq

Avropa İttifaqı (Aİ) Şurasının ötən gün Rusiyaya qarşı qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərin yeni mexanizmi 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq.

7Times.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunmuş qətnamədə deyilir.

“Qərar 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq”, – qətnamədə qeyd olunub.

Hazırda Aİ-nin bəzi mexanizmləri bir il müddətinə təsdiq edilsə də, Avropa İttifaqında Rusiya Federasiyasına qarşı əsas sanksiya tədbirləri hər altı aydan bir nəzərdən keçirilir.

Sentyabrın 13-də Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb ki, Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların hər altı aydan daha az müddətə uzadılması imkanını nəzərdən keçirəcəklər, sanksiyaların qüvvədə olma müddəti 3 ilədək artırıla bilər.

Избранный
5
5
7times.az

10Источники