RU

Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı ictimai dinləmə təşkil edilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçünümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində Zərifə Əliyevaküçəsində avtobus zolağının təşkil edilməsi planlaşdırılır. Layihəilə bağlı 9 oktyabr tarixində nəqliyyat ekspertləri Ərşad Hüseynov,Rauf Ağamirzəyev, Eldəniz Cəfərov, Sosial Tədqiqatlar Mərkəzininnümayəndəsi Əziz Əlibəyli, bloger Saleh Nəsirov və medianümayəndələrinin iştirakı ilə ictimai dinləmə təşkil edilib.

Trend xəbər verir ki,tədbirdə çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevbildirilib ki, AYNA-nın mütəxəssisləri tərəfindən Zərifə Əliyevaküçəsində vəziyyət ətraflı araşdırılıb, uzun müddət hərəkətinintensivliyi monitorinq edilib. Toplanan datalar əsasında avtobuszolağının ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, dahayüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib.

Qeyd edilib ki, hazırda Zərifə Əliyeva küçəsində nəqliyyatvasitələri üçün 4 hərəkət zolağı mövcuddur. Təklif olunandəyişikliklərə əsasən hərəkət zolaqları xüsusi avadanlıq vasitəsiləsilinərək yenidən təşkil ediləcək. Zolaqların sayı saxlanılmaqlaeni standartlara uyğunlaşdırılacaq. Əlavə olaraq avtobus zolağıtəşkil edilməsi də nəzərdə tutulur.

İctimai dinləmədə ekspertlərin və media nümayəndələrinin sözügenlayihə və AYNA-nın gördüyü işlərlə bağlı sualları cavablandırılıb,onların rəy və təklifləri qeydə alınıb.

Səsləndirilmiş rəy və təklifləri dinləyən Anar Rzayev bildiribki, Azərbaycanın gələcək mobilliyi sürətli, təhlükəsiz və ekolojitəmiz məqsədlər üzərinə qurulub:

“Bizim atdığımız bütün addımlar şəhər mərkəzində fərdinəqliyyatın azaldılması və ictimai nəqliyyata üstünlüyün verilməsiistiqamətində yönəldilib.

Müşahidələr göstərir ki, son dövrlərdə əhali arasındavelosipeddən və skuterlərdən istifadə edənlərin sayı artıb. Bunəqliyyat növünün geniş istifadəsi mikromobillik, şəhər mühitinininkişafı, tıxac və sıxlıqların azaldılması, ətraf mühitinqorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımındançox əhəmiyyətlidir.

AYNA tərəfindən Bakının bir sıra küçə və prospektində mobillikimkanlarının yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimainəqliyyatın hərəkət sxemlərinin optimallaşdırılması və yenidəntəşkili istiqamətində genişmiqyaslı işlər davam etdirilir, buradaQərb ölkələrinin təcrübəsindən də istifadə olunur. Hazırda yolhərəkətinin təşkilində innovativ yanaşma tətbiq olunur. Artıq AYNAtərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişafetdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillikzolağı təşkil edilib. Təbii ki, mikromobilliklə bağlı işlərimizidavam etdirəcəyik və mütəmadi olaraq bu barədə məlumatlarıictimaiyyətə açıqlayacağıq.

Həmçinin AYNA üçün piyadaların rahat və təhlükəsiz hərəkəti dəprioritet hesab olunur. Bir müddət əvvəl Xaqani bağı ətrafındayerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdəpiyadaların ixtiyarına verildi. Hazırda 28 may metro stansiyasınınqarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaqüzrədir. Bu istiqamətdə tədbirlərin davam etdirilməsiplanlaşdırılır. Məqsəd Bakı şəhərində mobilliyin inkişafı,tıxacların azaldılması, küçələrimizi daha təhlükəsiz, əlçatan vəhəyat dolu etməklə vətəndaş məmnunluğunun artırılmasıdır”.

Taksi duracaqları ilə bağlı jurnalistlərin suallarınıcavablandıran Anar Rzayev bilirib ki, Bakının bir sıra küçə vəprospektlərində 130-dan artıq taksi duracağı mövcuddur, ammaonların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindənbəzən hətta nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə dəhazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatınhərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda,yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətindəişlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksiduracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.

Sədr, həmçinin taksi nəqliyyat vasitəsilə daşımalarda xidmətkeyfiyyəti ilə bağlı bloger Saleh Nəsirovun səsləndirdiyi sualacavab olaraq bildirib ki, AYNA tərəfindən mütəmadi olaraq taksisifarişi operatorları ilə görüşlər keçirilir:

“Neqativ halların qarşısını almaq üçün onlara proqramtəminatının verdiyi üstünlüklərdən istifadə edərək preventivtədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdəsaxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsindəqarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” ÇağrıMərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edəbilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardankənarlaşdırılıb”.

Nəqliyatdan istifadə ilə bağlı əhali arasında keçirilmişsorğuların nəticələri ilə bağlı ətraflı məlumat verən SosialTədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli dövlətşirkətlərinin bu kimi ictimai dinləmələr keçirilməsini xüsusiqiymətləndirib.

Xatırladaq ki, artıq Bakıda 29 küçə və prospektdə 85 km-dən çoxxüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkiledilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobushərəkət edir və 900 mindən çox sərnişin daşınır.

Zərifə
Zərifə
Zərifə
Zərifə
Zərifə
Избранный
26
2
az.trend.az

3Источники