RU

Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək

Türk Dünyası Sığorta Birliyinin ilk konqresini (assambleya) Azərbaycanın, eləcə də türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Valyuta.az xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb: “Şuşada keçiriəcək ilk assambleya tarixə düşəcək”.

İcraçı direktor qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan hökumətinə Türk Dünyası Sığorta Birliyini himayəsinə götürməsinə dair müraciət edib: “Artıq dövlət qurumlarının 90 %-i bu müraciətə müsbət cavab verib. Bu yaxınlarda bu prosesin tamamlanmasını gözləyirik. Eyni zamanda TDT-də Türk Dünyası Sığorta Birliyi öz rəsmi yerini alacaq və qeydiyyata düşəcək".

© Report

Избранный
14
50
valyuta.az

10Источники