RU

Nazir-rektor toqquşması tələbələri ÇIXILMAZ DURUMA SALIB-Şikayət

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 1 ildən artıqdır ki Dərbənd filialının məzunların diplomlarını vermir.

Bununla bağlı danışan tələbələrin sözlərinə görə, UNEC-in Dərbənd filialına belə ögey münasibət səbəbsiz deyil: “Deyilənə görə rektorla, yəni Ədalət Muradovla Elm və Təhsil naziri Emin Əmrullayevin arasında olan konflikt tələbələrin diplomlarının verilməsi prosesini əngəlləyir.

“Bu problemin məzunlara tələbələrə nə aidiyyatı var ki?”- deyə məzunlar etiraz edirlər.

Xatırladaq ki, eyni filialı bitirən keçən il, yəni 2023 və bu il 2024-cü ildə bitirən məzunlarının hələ də diplomları verilməyib.

“Bu gün-sabah…” deyə-deyə artıq 1ildən artıqdır ki, məzunların diplomları təqdim edilmir.

Məzunlar daha sonra bildirir: “UNEC-ə diplomların niyə verilmədiyi ilə bağlı müraciət etdikdə bildirirlər ki, Elm və Təhsil Nazirliyinə müraciət etməliyik. Deyirlər ki, diplom məsələsi onların problemidir. Nazirlik universitetə diplom göndərməlidir ki, biz də imzalayaq sizə təqdim edək. Elm və Təhsil Nazirliyinə müraciət etdik, qəbulda olduq. Onlar da deyirlər ki, universitetlə əlaqə saxlayın. Bu bizim universitetlə öz aramızda olan problemdir. Elm və Təhsil Nazirliyi bununla bağlı heç bir mətbuata açıqlama vermir. Rektorun qəbuluna yazılmaq istəyəndə Ədalət Muradov məzunları qəbul etmir. Açıq özbaşnalıqdır, dəqiq məlumat verən yoxdur…”

//Dia-az.Media

Избранный
9
1
editor.az

2Источники