RU

Azərbaycan cüdoçuları üçün Əbu-Dabi sınağı

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər.

Arena.az xəbər verir ki, oktyabrın 11-dən 13-dək davam edəcək yarışda 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

“Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları bunlardır:

Qadınlar

48 kq
Leyla Əliyeva

57 kq
Acelya Toprak

Kişilər

60 kq
Balabəy Ağayev
Hüseyn Allahyarov

66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev

73 kq
Rəşid Məmmədəliyev
Nəriman Mirzəyev

81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli

90 kq
Murad Fətiyev
Musa Hüseynli

+100 kq
İmran Yusifov
Uşanqi Kokauri

Избранный
7
1
arena.az

7Источники