RU

İvanişviliyə sanksiyalar, Saakaşvilinin azad edilməsi...

Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə ölkəmizin daxili işlərinə “həyasız müdaxilədir”.

Axar.az xəbər verir ki, bunu Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının sədri İrakli Qaribaşvili deyib.

“Bu qətnamə birinci deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz bu cür ədalətsiz qərar və ya qətnamə layihələrini çox görmüşük. Yadınızdadırsa, 2 il əvvəl ölkəyə namizəd statusu verilməyəndə, bu qərarın qəbuluna 1-2 həftə qalmış oxşar məzmunlu “mesajlarla” oxşar, ədalətsiz, biabırçı qətnamə qəbul edilmişdi. O zaman da Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, Saakaşvilinin azad edilməsi, Kezeraşvilinin media meneceri kimi qeyd olunması ilə bağlı tələbləri var idi”, - Qaribaşvili qeyd edib.

Избранный
17
1
axar.az

2Источники