RU

Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 60 faiz artıb

2024-cü ilin ilk səkkiz ayı ərzində Malayziya ilə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb.

Bunu Malayziyanın Milli Günü münasibətilə keçirilən qəbulda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir vurğulayıb ki, Azərbaycanla Malayziya arasında siyasi, diplomatik əlaqələr çox yüksək səviyyədədir:

“Əlaqələrimizin investisiya, ticarət və humanitar sahələrdə genişləndirilməsinin vacib olduğunu hesab edirik. Azərbaycan Malayziya ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. İki ölkə arasındakı güclü siyasi əlaqələr iqtisadi sahədə əməkdaşlığın inkişafına imkan yaradır”.

S.Babayev qeyd edib ki, Malayziyadan Azərbaycana gələn turistlərin sayı ilbəil artır.

“Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşır. Malayziyadan da geniş nümayəndə heyətinin gəlməsi gözlənilir. Bu da əməkdaşlığın inkişafına yeni fürsətlər yaradır”,- nazir əlavə edib.

Избранный
7
1
banker.az

10Источники