Aİ-nin Rusiya qarşı yeni sanksiyaları bir il qüvvədə olacaq
Aİ Şurasının bir gün əvvəl qəbul etdiyi Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin yeni mexanizmi 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq. Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan fərmanda deyilib. Hazırda Aİ-nin bəzi mexanizmləri bir il müddətinə təsdiq edilsə də, Avropa İttifaqında Rusiya Federasiyasına qarşı əsas sanksiya tədbirləri hər altı aydan bir nəzərdən keçirilir.