RU

"Sabah"ın baş məşqçisi: Qalib gələ bilərdik

Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur.

“İki sahil” xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Belçikada yerli “Spiru” klubuna uduzduqları (81:82) FIBA Avropa Kubokunun G qrupunun ilk matçı ilə bağlı danışarkən deyib. Təcrübəli mütəxəssis son anda qələbəni əldən verdiklərini bildirib: "Qalib gələ bilərdik. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq".

Qeyd edək ki, "Sabah" növbəti görüşünü oktyabrın 16-da Bakıda Yunanıstan təmsilçisi "Marussi"yə qarşı keçirəcək.

Избранный
29
ikisahil.az

1Источники