RU

Onun Bakıya səfəri təşviş yaratdı – İki yol var: ya böyük müharibə, ya da…

Azərbaycan-Rusiya münasibətləri ilə bağlı birmənalı rəyə az rast gəlinir. İki ölkə arasında normal əlaqələr cəmiyyətimizdə, demək olar, qəbul edilmir. Burada tarixi travmanın izləri var. Amma qərəzli, populist yanaşma da az deyil.

Az qala hakimiyyətdən Rusiyaya müharibə elan etmək tələb olunsun. 44 günlük Vətən müharibəsindən sonra Rusiya sülhməramlı kontingenti Qarabağa gələndə bu, ciddi rezonans doğurmuşdu. Deyilirdi ki, “ruslar Azərbaycana girdisə, çıxmayacaq”.

Bu gün də eyni manipulyativ fikirlər səsləndirilir. Məsələn, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinin ölkəmizə səfəri zamanı verdiyi bəyanatlar bəzi müxalif qüvvələr tərəfindən qərəzli və populist formada şərh edildi. Narişkinin səfəri Azərbaycanın müstəqilliyinin əldən getməsi kimi təqdim olundu.

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Azərbaycan-Rusiya münasibətlərini bu şəkildə şərh edənlər reallığı düzgün qiymətləndirə bilmirlər:

Elşad Həsənov

“Azərbaycanı sevməyən, Ukraynanın halına salmaq istəyənlər bu qəbildən addımlar atır. Rəsmi Bakının apardığı düzgün siyasət nəticəsində Azərbaycan xalqı vahid yumruq kimi birləşdi və 44 gün ərzində torpaqlarını düşməndən azad etdi. Həmin tənqidçilər deyirdilər ki, kim Qarabağı azad edərsə, biz onun quluyuq, bayrağının altındayıq. Nə oldu?

Rusiya güclü dövlətdir, yaxın qonşuluq əlaqələrimiz var. Rusiyaya müharibə elan etsək, çox qısa müddətdə Azərbaycan torpaqları işğal edilə bilər. Bəzi tənqidçilərin də məqsədi budur”.

Politoloqun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalında Rusiyanın böyük rolu olmuşdu:

“Bunu bütün dünya bilir. Lakin Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində düşmən dövlətlər dosta, bəzi dost dövlətlər isə düşmənə çevrildi. Siyasətin böyüklüyü budur. Bu gün yalnız dövlət maraqlarından çıxış edirik. Həmin tənqidçi dövlətlərin, qrupların fikirləri ilə hərəkət edib Rusiyaya ikinci cəbhə aça bilmərik. Ukraynanın vəziyyətinə düşməməliyik.

44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyannaməyə əsasən rus sülhməramlıları 2025-ci ildə ərazilərimizi tərk etməli idi. Amma vaxtından əvvəl ölkəmizdən çıxıb getdilər. Bu, Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsidir. Vaxtilə müxalifətçilər, tənqidçilər bu prosesin baş tutmayacağını, rusların Azərbaycanda əbədi qalacağını deyir, insanlara bu yöndə çağırışlar edirdilər. Lakin yenə yanıldılar”.

Избранный
25
turkustan.az

1Источники