RU

Zelenski: Cəbhədəki vəziyyət müharibəni 2025-ci ildən gec olmayaraq bitirməyə imkan verir...

Vladimir Zelenski hesab edir ki, cəbhədəki vəziyyət Rusiya-Ukrayna müharibəsini 2025-ci ildən gec olmayaraq bitirmək üçün imkan yaradır...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti oktyabrın 9-da Dubrovnikdə keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində bildirib. Zelenski konkret nə demək istədiyini açıqlamayıb.

“Oktyabr, noyabr və dekabr aylarında bizim sülhə və davamlı sabitliyə doğru irəliləmək şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır. 2025-ci ildən gec olmayaraq müharibəyə son qoymaq üçün qətiyyətli hərəkət seçimi etməliyik”, deyə Ukrayna prezidenti çıxışında vurğulayıb.

Sammit zamanı Ukrayna və Xorvatiya uzunmüddətli əməkdaşlıq və dəstək haqqında saziş imzalayıblar. Sənəd on il müddətinə qüvvədədir və iki ölkənin müdafiə-sənaye kompleksləri sahəsində birgə layihələri nəzərdə tutur. Xorvatiya həmçinin Ukraynada minaların təmizlənməsi üçün 10 milyon avro ayırmağı, habelə Kiyevin Aİ və NATO-ya daxil olmasını dəstəkləməyi vəd edib.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники