RU

Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişaf strategiyası səmərəli ekosistemin yaradılmasına yönəlib – Mikayıl Cabbarov

Bakı. Trend:

Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişaf strategiyasıölkənin gələcək artımı və innovativ inkişafı üçün səmərəliekosistemin yaradılmasına yönəlib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri MikayılCabbarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən"INMerge” İnnovasiya Sammitində deyib.

M.Cabbarov qeyd edib ki, ölkə iqtisadiyyatı sabit artım nümayişetdirir.

"9 ay ərzində ÜDM 4,7 faiz artıb, neft-qaz sektorunda artım isə7 faizdən çox olub. Eyni dövr ərzində özəl sektorda 75 min yeni işyeri yaradılıb. Belə bir irəliləyiş bizə gələcək və innovasiyalarbarədə danışmağa imkan verir. Azərbaycanın iqtisadiyyatının vəinnovasiya potensialının inkişafı üçün yalnız iqtisadi artımı təminetmək deyil, həm də insan kapitalına investisiya qoymaq vacibdir",- o bildirib.

M.Cabbarov təhsil sisteminin təkmilləşdirilməsinə yönəlmiştəşəbbüsləri qeyd edib:

"Bu təşəbbüslər yeni iqtisadi reallıqlara uyğunlaşa biləcəkkadrların hazırlanmasını nəzərdə tutur.

2017-ci ildən etibarən Azərbaycanda startaplar, pilot layihələrvə 100 minlərlə tələbəni əhatə edən proqramlar daxil olmaqlarəqəmsal bacarıqların tədrisi sistemi tətbiq olunmağa başlayıb. Butəhsil islahatları, o cümlədən "Sabah Hub" proqramı ən yaxşıtələbələrin potensialını inkişaf etdirməyə və innovativmütəxəssislər cəmiyyəti yaratmağa yönəlib", - o əlavə edib.

M.Cabbarov həmçinin, xarici mütəxəssislər və investorlar üçünaçıqlığın vacibliyini vurğulayıb.

"Azərbaycan "yaşıl" enerjinin inkişafı layihələrinə fəal şəkildəsərmayə qoyur və hazırda ümumi gücü 7 giqavatdan çox olan layihələrhəyata keçirilir. Qoyulmuş məqsədlərə nail olmaq üçün bütün maraqlıtərəflərin qarşılıqlı fəaliyyəti və dəstəyi mühüm rol oynayır.Azərbaycanda hazırlanmış rəqəmsal iqtisadiyyatın inkişafına dairdövlət strategiyası çoxsaylı təşəbbüsləri əhatə edir və ölkəningələcək artımı və innovativ inkişafı üçün səmərəli ekosisteminyaradılmasına yönəldilib", - nazir qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Məqalədə:
Избранный
23
1
az.trend.az

2Источники