RU

Ən dəyərli 10 türkiyəli futbolçu bəlli oldu

CIES beynəlxalq futbol araşdırma mərkəzinə əsasən hazırda ən yüksək dəyərə malik olan türkiyəli futbolçuların ilk ''10-luğ''u müəyyənləşib.

Siyahıda maraqlı məqamlar var. Məsələn ''Beşiktaş''da son dönəmlərdə tez-tez ehtiyatda qalan gənc Semih Kılıçsoyun dəyərinin artması diqqət çəkib. Bundan başqa bir müddət öncə cəmi 12 milyon avroya ''Qalatasaray''dan ''Benfika''ya yollanan və yeni klubunda xarüqələr yaradan Kərəm Aktürkoğlunun dəyərinin 35,4 milyon avro göstərilməsi də diqqət çəkib. Həmin siyahını diqqətinizə çatdırırıq.

1. Arda Gülər (Real) - 73,2 milyon avro
2. Kənan Yıldız (Yuventus) - 62,6 milyon avro
3. Orkun Kökçü (Benfika) - 43,2 milyon avro
4. Hakan Çalhanoğlu (İnter) - 40 milyon avro
5. Kərəm Aktürkoğlu (Benfika) - 35,4 milyon avro
6. Fərdi Kadıoğlu (Brayton) - 31,2 milyon avro
7. Semih Kılıçsoy (Beşiktaş) - 27,6 milyon avro
8. Barış Alpər Yılmaz (Qalatasaray) - 26,3 milyon avro
9. Can Uzun (Ayntraxt F) - 20,1 milyon avro
10. Ozan Kabak (Hoffenhaym) - 15,1 milyon avro


ƏLİ

Избранный
12
football-plus.az

1Источники