RU

Özbəkistan Mərkəzi Asiyada əsas sektorlar üzrə birgə sərmayələrin artırılmasına çağırır

Bakı. Trend:

Özbəkistan Mərkəzi Asiyada əsas sektorlar üzrə birgəsərmayələrin artırılmasına çağırır.

Trend xəbər verir ki, bubarədə Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin müaviniOlimjon Umarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkiledilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Özbəkistan regional əməkdaşlığa yönəlib və qeyd etmək istərdimki, ölkələrimiz arasında regional əməkdaşlıq yeni iqtisadiyyatıntam potensialının reallaşdırılması üçün açar rolunu oynayır. Bu günbizim İT şirkətlərimiz, startaplar, investisiya və vençur fondlarıartıq regionda əməkdaşlığa başlamışdır. Regional qarşılıqlı əlaqənigücləndirmək üçün şirkətlərimizi və əməkdaşlığı, tərəfdaşlığıinkişaf etdirmək məqsədini güdən biznes planlarını dəstəkləməkvacibdir. Bu istiqamətdə bir neçə təklifim var. Birincisi, birgəinvestisiya layihələrinin inkişafını həyata keçirməkdir. Bizdigital texnologiyalar, süni intellekt, startapların inkişafı vəgenişləndirilməsi, regional səviyyədə İT həlləri kimi əsassektorlara sərmayələri artırmalıyıq”, - o qeyd edib.

Onun sözlərinə görə, ikincisi, onlayn ticarəti dəstəkləmək,ticarət sektorunda rəqəmsal maneələri azaltmağa davam etmək,normativ aktları harmonizasiya etmək və bölgəmizdə məhsul vəxidmətlərin axınını asanlaşdırmaq üçün prosesləri yaxşılaşdırmaqvacibdir.

“Və üçüncüsü, bu bilik mübadiləsi və potensialın artırılmasıdır.Biz startaplar, gənc tədqiqatçılar və inkişaf etdiricilər arasındabilik və təcrübə mübadiləsini təşviq edən regional proqramhazırlamalıyıq”, - o əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Избранный
15
az.trend.az

1Источники