RU

Rafael Nadal karyerasını bitirəcəyi vaxtı açıqlayıb

İspaniyalı tennisçi Rafael Nadal karyerasını bitirməyə qərar verib.

İdman.biz xəbər verir ki, bunu 38 yaşlı idmançının özü açıqlayıb.

Əfsanəvi tennisçi Devis kubokunun final mərhələsinin karyerasında son peşəkar turnir olduğunu bəyan edib. Bu turnir noyabrın 19-24-də İspaniyanın Malaqa şəhərində keçiriləcək.

Qeyd edək ki, dünya reytinqinin sabiq lideri “Böyük dəbilqə” turnirlərinin 22 qat çempionudur.

İdman.biz

Избранный
12
1
idman.biz

2Источники