RU

“Sabah”ın basketbolçusu Avropa Kubokunun tarixinə düşüb

Bakı, 10 oktyabr, AZƏRTAC

“Sabah”ın basketbolçusu Deandre Uilyams "Spiru" (Belçika) ilə matçda FIBA Avropa Kubokunun tarixinə düşüb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, o, turnirin tarixində bir oyun ərzində 39 xal toplamaqla parketdə 76 faiz dəqiqlik nümayiş etdirən dördüncü oyunçu olub.

Basketbolçu statistik göstəricilərə əsasən parketdə 43 effektivliyi ilə seçilib.

Deandre Uilyams bu göstərici ilə Avropa Kubokunda ilk həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısına düşüb.

Избранный
24
2
azertag.az

8Источники