RU

Ziraat Bank Azərbaycandan biznes sahiblərinə endirim kampaniyası!

Bakı. Trend:

Ziraat Bank Azərbaycan Bankın 10 illiyi ərəfəsində hüquqi şəxsvə fərdi sahibkarları dəstəkləmək üçün kampaniya keçirir. Kampaniyaçərçivəsində dünyanın 19 ölkəsində fəaliyyət göstərən ZiraatMaliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, bankda ilk dəfəxarici ticarət əməliyyatı edən müştərilərinə ilin sonunadək buəməliyyatlar üzrə pul köçürmələrində komissiyalara 50%-dək endirimtətbiq edib.

Ölkənin real sektoruna hərtərəfli dəstəyi özü üçün ən önəmliistiqamət olaraq seçən Ziraat Bank Azərbaycan, xarici ticarətdəistifadə edilən akkreditiv və təminat məktublarını öz geniş müxbir şəbəkəsivasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaqimkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədərtəcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdənistifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv vəqarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini dətəqdim edir.

Qeyd edək ki, Ziraat Bank Azərbaycan, “Ziraat Maliyyə Qrupu”nunüzvü olaraq xarici ölkələr arasında əhəmiyyətli nüfuza malikdir. Buda güvənli xarici ticarət xidmətlərinin göstərilməsində əsasamillərdən biridir. Diqqətəlayiqdir ki, Bank xarici ticarətistiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance”beynəlxalq nəşri tərəfindən iki il ard arda “İlin ən yaxşı xariciticarət xidmətini təqdim edən bank” mükafatına layiqgörülmüşdür.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkibhissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindənverilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasındafəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıqsahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtşəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış vəxidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Instagram, Twitter,Linkedin sosial media hesablarından və ya *9229qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Избранный
7
10
az.trend.az

10Источники