RU

Kadırov: Süleyman Kərimov və Rizvan Qurbanova qarşı qanlı qisas elan edirəm

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistan təhlükəsizlik qüvvələri ilə görüşü zamanı ona qarşı sui-qəsd sifarişi  cəhdi edildiyini açıqlayaraq həmin şəxslərədən qisas alacağını bəyan edib.

Ölkə.Az xəbər verir ki, Kadırov bununla bağlı videoçıxışını Telegram kanalında yayımlayıb.

Kadırov çıxışında ona sui-qəsd planını hazırlamaq niyyətində olan şəxslərin adını çəkib. O deyib ki, bunlar Dağıstandan olan senator və milyarder Süleyman Kərimov, Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Qurbanovdur. “Əgər onlar əksini sübut etməsələr, o zaman Bexan Baraxoyev, Süleyman Kərimov və Rizvan Qurbanova qarşı rəsmən qanlı qisas davası elan edirəm. Şahidlər var, sifariş verdikləri insanlar var. Soruşublar ki, siz Ramzan Kadırovun qətlinə görə nə qədər pul istərdiniz”, - Kadırov qeyd edib.

Mürtəza
Ölkə.Az

Избранный
40
olke.az

1Источники