RU

Zelenski Britaniyanın baş nazirinə Ukraynanın qələbə planını təqdim edib

Ukrayna prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə qələbə planının təfərrüatlarını təqdim edib. 

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat yayıb.

Bildirilir ki, liderlər müttəfiqlərlə birlikdə onun həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər.

Zelenski qeyd edib ki, qələbə planı müharibəni ədalətli şəkildə bitirmək üçün şərait yaratmağa yönəlib. O, həmçinin Böyük Britaniyaya daimi müdafiə dəstəyinə, o cümlədən Ukraynaya uzaqmənzilli silahların tədarükünə görə təşəkkür edib.

Daşqın HəsənovMissiya.Az

 

Избранный
28
missiya.az

1Источники