RU

ABŞ və Yaponiya AMRAAM-la bağlı səyləri sürətləndirirlər

 

  ABŞ və Yaponiya orta mənzilli havadan havaya raketlərin (AMRAAM) birgə istehsalına dair səyləri sürətləndirəcəyini açıqlayıb.

  Yaponiyanın "Nikkei Asia" mətbuat qurumunun xəbərinə görə, Yaponiya Müdafiə Nazirliyi iki tərəfin Havay adalarında keçirilən görüşün nəticəsi olaraq birgə istehsala dair ətraflı tədqiqata  başlamaq barədə razılığa gəldiyini bildirib.

  Açıqlamada “AİM-120” orta mənzilli “AMRAAM” raketlərinin birgə istehsalına dair həyata keçiriləcək ətraflı tədqiqatın çətinlikləri, çatdırılma müddətlərini və Yaponiyada mümkün istehsal fəaliyyətlərini əhatə edəcəyi vurğulanıb.

  Qeyd edək ki, ABŞ daha əvvəl həm İsrailə, həm də Ukraynaya orta mənzilli havadan havaya raketlər (AMRAAM) göndərmişdi.



Избранный
5
2
trt.net.tr

8Источники