RU

Çexiya şirkəti Orta Dəhliz çərçivəsində pilot layihə həyata keçirir (ÖZƏL)

Bakı. Trend:

Çexiyada yerləşən “MALBI-trans” beynəlxalq nəqliyyat-logistikaşirkəti Orta Dəhliz çərçivəsində pilot layihə həyata keçirir.

Bu barədə Trend-ə“MALBI-trans”ın baş direktoru Liliana Krutonoq Bakıda keçirilən“Qara dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər,infrastruktur” beynəlxalq konfransında bildirib.

O, şirkətinin ekspeditor xidmətlərinə ixtisaslaşdığınıvurğulayıb.

“Biz uzun müddətdir ki, Orta Dəhlizin imkanlarını araşdırırıq vəbu istiqamətdə aktiv çalışırıq. Artıq tərəfdaşlar üzrə şəbəkəmizqurulub və hazırda Rumıniya, Konstansa limanı, sonra Bakı və dahasonra Qazaxıstana keçəcək pilot qatar hazırlayırıq. Bu, bizim əsasmarşrutlarımızdan biridir”, - Liliana Krutonoq qeyd edib.

Onun sözlərinə görə, şirkət bir sıra problemlərlə qarşılaşır,bunlar Şimal Dəhlizində, xüsusilə Malaşeviçi-Brest keçidindəyaşananlarla bənzərdir.

“Əsas çətinliklər "bottlenecks" adlanan infrastrukturdarlıqlarıdır. Vəziyyəti yaxşılaşdırmaq üçün nəqliyyat mərkəzlərinigenişləndirmək və yolların ötürücülük imkanlarını artırmaqlazımdır. Məsələn, Malaşeviçi-Brest vasitəsilə 48-40 futluqkonteynerləri qatarla daşıya bilirik, lakin Konstansa vasitəsiləmaksimum 38-40 futluq konteynerlər daşıya bilirik. Bu, nəqliyyatınqiymətinə ciddi təsir göstərir”, - o bildirib.

Baş direktor vurğulayıb ki, “MALBI-trans” tenderlərdə, ocümlədən, Qazaxıstandakı layihələrdə aktiv şəkildə iştirakedir.

“Biz görürük ki, bu dəhlizdəki qiymətlər hələ də Koper və yaMalaşeviçi-Brest kimi digər marşrutlarla müqayisədə yüksəkdir.Ancaq ümid edirəm ki, konfranslar və tərəfdaşlarla dialoq sayəsindəxərcləri optimallaşdırma və daşınma şəraitini yaxşılaşdırmayollarını tapa biləcəyik”, - o əlavə edib.

“MALBI-trans” beynəlxalq nəqliyyat-logistika şirkəti Avropanınhər yerinə, Rusiyaya, MDB-yə, Çinə, Türkiyəyə və İrana ixrac,idxal, tranzit və daxili daşımalar üzrə dəmir yolu daşımalarıtəklif edir.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə vəŞərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqıölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrinibirləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qaradənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmiryolu sistemləri iləbirləşdirir.

Orta dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əksistiqamətdə yük daşımalarının artmasına imkan verir.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya mallarıorta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizininəsas üstünlüklərindən biridir.

Məqalədə:
Избранный
46
2
az.trend.az

3Источники