RU

Marşrut avtobusunda bıçaqlanan şəxs öldü - HADİSƏ GÖRÜNTÜLƏRİ

Türkiyənin Kocaeli şəhərində marşrut avtobusunda sərnişinlərin gözü qarşısında bıçaqla hücuma məruz qalan şəxs həyatını itirib.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 9-da yerli saatla 21:00 radələrində Karamürseldən İzmitə gedən avtobusda baş verib. Bununla bağlı görüntülər avtobusun təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Məlumata görə, avtobusa minən və şəxsiyyəti hələlik məlum olmayan şəxs avtobusda əyləşən Enes Yiğit Toramana (29) bıçaqla hücum edib. Sərnişinlərin gözü qarşısında bıçaqla Toramana dəfələrlə xəsarət yetirən şübhəli arxa qapıdan çıxaraq qaçıb. Sərnişinlərin xəbər verməsi ilə əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Xəstəxanaya aparılan şəxsi bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtosfer.az həmin videonu təqdim edir:

Namiq Musayev

Избранный
37
avtosfer.az

1Источники