RU

Azərbaycanda su ehtiyatları yenidən qiymətləndiriləcək, monitorinq stansiyaları rəqəmsallaşdırılacaq

Bakı. Trend:

Azərbaycanda su ehtiyatları yenidən qiymətləndiriləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

"Ölkənin su ehtiyatları hidroloji və hidrogeoloji tədqiqatlarlayenidən qiymətləndiriləcək, monitorinq stansiyalarırəqəmsallaşdırılacaq, məlumatların real vaxt rejimində emalı,habelə risklərin simulyasiyası və rəqəmsallaşması təminediləcəkdir", - deyə Milli Strategiyada bildirilir.

Qeyd edilir ki, bununla ölkənin su ehtiyatları barədə realtəsəvvür formalaşacaq, iqlim dəyişmələrinin təsirləri nəzərəalınaraq dayanıqlı su mənbələrindən istifadəyə zəminyaradılacaqdır.

Məqalədə:
Избранный
31
az.trend.az

1Источники