RU

Ronaldinyo ABŞ klubunun səhmdarı olub

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin keçmiş oyunçusu Ronaldinyo ABŞ klubu "Qrinvil Triumf"un səhmdarı olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Karolina təmsilçisi 2018-ci ildə yaradılıb və ABŞ-nin III Liqasında çıxış edir.

44 yaşlı keçmiş yarımmüdafiəçi futbolun inkişafına dəstək üçün belə addım atdığını bildirib.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə karyerasını başa vurub. O, Braziliyada "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", Fransada PSJ, İspaniyada "Barselona", İtaliyada "Milan" və Meksikada "Queretaro" klublarında forma geyinib.

"Cebheinfo.az"

Избранный
14
3
cebheinfo.az

4Источники